Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Minaxanım Davatdarovanın
85 illiyinə həsr edilmiş “Sərhədsiz Dermatologiya” Beynəlxalq konfransı
Əziz dostlar və həmkarlar!
Sizi 3-4 aprel 2020-ci il tarixində Bakı şəhərində keçiriləcək “Sərhədsiz Dermatologiya” Beynəlxalq konfransında iştirak etməyə dəvət edirik. Konfransın Bakı şəhərində təşkilində məqsəd dermatologiyanın müasir problemlərini müzakirə etməklə müxtəlif ölkələrin dermatoloqları arasında məhsuldar dialoq yaratmaqdır.
Konfransın işinə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər dəvət olunmuşdur. Bu uzunmüddətli tərəfdaşlıq əsasında dermatologiya sahəsində elmi konfrans keçiriləcək və bunun üçün müvaqif elmi proqram hazırlanmışdır. Konfrans Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Minaxanım Davatdarovanın 85 illiyinə həsr edilmişdir.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçiriləcək konfransda 150 nəfər tibb işçisinin iştirakı nəzərdə turulmuşdur.
Konfrans Davamlı Tibbi Təhsil kredit balının verilməsi üçün Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasına müraciət təqdim olunmuşdur.